Bank Of Baku

Həmkarını döyən erməni deputatın işi məhkəməyə göndərilib

Mher Saakyan

© APA | Mher Saakyan

# 26 aprel 2023 17:30 (UTC +04:00)

Deputat Mher Saakyan barədə açılan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Saakyan xuliqanlıq və sağlamlığa yüngül xəsarət yetirməkdə ittiham olunur.

Xatırladaq ki, martın 31-də Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Buna səbəb kimi parlamentin həmin gün keçirilmiş iclasına az qalmış Saakyan və “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vladimir Vardanyan arasında dava göstərilib.

Həmin dava nəticəsində Vardanyana bədən xəsarətləri yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR