Bank Of Baku

Hindistan Ermənistana 6 “ATAGS” haubitsası verib, daha 84-nü verməyi planlaşdırır

Hindistan Ermənistana 6 “ATAGS” haubitsası verib, daha 84-nü verməyi planlaşdırır
# 14 sentyabr 2023 19:03 (UTC +04:00)

Hindistan Ermənistana 6 ədəd “ATAGS” haubitsası verib, daha 84-nü verməyi planlaşdırır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Indian Defence Research Wing saytı məlumat verib.

Yerli müdafiə şirkəti Bharat Forge-nin rəhbəri Babu Kalyani bildirib ki, 155 mm-lik haubitsalar avqust ayında təhvil verilib.

Müdafiə sazişi 3 il ərzində Ermənistana ümumi dəyəri 155 milyon dollardan çox olan 90 ATAGS haubitsasının tədarükünü nəzərdə tutur.

Qeyd olunur ki, Bharat Forge müqaviləni vaxtından əvvəl yerinə yetirməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR