Rusiya tərəfi Hindistanda “İqla-S” hava hücumundan müdafiə sistemlərinin lisenziyalı istehsalının təşkili və tədarükü üçün müqavilənin imzalanmasını gözləyir.
APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vladimir Drojjov Hindistanın Banqalor şəhərində fəaliyyətə başlamış “Aero India 2023” beynəlxalq sərgisində iştirakı zamanı deyib.
Xatırladaq ki, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Ordu-2022” beynəlxalq forumu zamanı bildirmişdi ki, “İqla-S” sistemlərinin Hindistanda lisenziyalı istehsalının təşkili layihəsi razılaşdırılır.