Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan Ermənistana getdiyi gündən indiyə qədər Baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilməyib.
APA xəbər verir ki, bu barədə “Hraparak” nəşri öz mənbələrinə istinadən yazıb.
Nəşr yazır ki, Şahramanyan bu görüşü təxminən iki həftə gözləyib, lakin hələ də qəbul baş tutmayıb.
Həmçinin əlavə olunub ki, Paşinyan görüşü gecikdirir və “Hraparak”ın sözlərinə görə, görüş Ermənistan hökumətinin təşəbbüsü olsa da, sonradan ola bilsin vəziyyət dəyişib.