İran Prezidenti İbrahim Rəisi ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin Səmərqənddə görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Si Cinpin İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması münasibətilə İran prezidentini təbrik edib.
Si Cinpin bu təşkilat çərçivəsində İranla koordinasiya və əməkdaşlığı gücləndirməyə çalışacağını vurğulayıb.
O bildirib ki, Çin daxili işlərə qarışmamaq prinsiplərini qorumaq və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını müdafiə etmək üçün İranla əməkdaşlıq etməyə hazırdır.