İğtişaşlardan sonra Mahaçqala hava limanına dəyən ziyanın miqdarı bir neçə milyon rubl qiymətləndirilir.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu hava limanının direktoru Səid Ramazanov bildirib.
Onun sözlərinə görə, dünənki iğtişaşlar zamanı avadanlıq və infrastruktur zədələnib, kameralar və hasarlar sındırılıb.
Ramazanov əlavə edib ki, hava limanı işçilərinin özləri fiziki zərərdən daha çox mənəvi zərər çəkiblər.