Bütün ermənilərin katolikosu II Qaregin Ermənistan Baş naziri Nikol Paşinyanın istefa verməsi ilə bağlı etdiyi çağırışın müddətsiz olduğunu bildirib.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
II Qaregin ölkədə vəziyyətin gərgin və təhlükəli olduğunu vurğulayıb.
Xatırladaq ki, II Qaregin 2020-ci ilin dekabrında dini ayin zamanı Baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı.