İndoneziyada Semeru vulkanının püskürməsi zamanı ölənlərin sayı 51 nəfərə yüksəlib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İndoneziya Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli Agentliyi açıqlama yayıb.
Yava adasında yerləşən vulkanın püskürməsinə görə, 10,3 mindən çox insan öz yaşayış yerini tərk edib.