İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edilib

İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edilib
# 03 mart 2024 12:44 (UTC +04:00)

Rusiya Federasiyası İnquşetiya Respublikasının Karabulak ərazisində yaşayış binasında əməliyyat başa çatıb və 6 yaraqlı məhv edilib.

APA xəbər verir ki, bu barədə RİA Novosti-nin regional təhlükəsizlik güclərindəki mənbəsi bildirib.

“İlkin məlumatlara görə, toqquşma zamanı altı yaraqlı öldürülüb”, - deyə mənbə bildirib və əlavə edib ki, hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, KTO-nun işə başlaması ilə bağlı mesajlar ötən gecə saat 19:30-da gəlməyə başlayıb. Silahlıların qarşısı Karabulakdakı yaşayış binalarından birində alınıb. Rusiya Federasiyası FSB-nin məlumatına görə, quldurlar terror cinayətləri törətməyi planlaşdırıblar və təslim olmaqdan imtina ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR