Bank Of Baku

İqor Konaşenkov: Mariupolda məsciddə saxlanılan müsəlmanlar xilas edilib

İqor Konaşenkov

© APA | İqor Konaşenkov

# 17 aprel 2022 12:19 (UTC +04:00)

Rusiya xüsusi təyinatlıları Mariupoldakı məscidlərdən birində saxlanılan müsəlmanları mühasirədən çıxararaq onları xilas edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general -mayor İqor Konaşenkov bildirib.

“Mariupol şəhərinin azad edilməsi üzrə hücum fəaliyyəti zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciəti əsasında aprelin 16-da Primorski rayonunda Ukraynalı nasistlərin türk məscidində saxladığı girovların azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində məscid mühasirədən çıxarılıb və 29 silahlı, o cümlədən əcnəbi muzdlular məhv edilib. MDB ölkələrindən birinin vətəndaşları olan girovlar azad edilərək təhlükəsiz yerə aparılıb”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR