İranın Vyanadakı müzakirələrdəki nümayəndə heyətinin rəhbəri Əli Baqiri çərşənbə günü Tehrana qayıdıb.
APA-nın Tehran bürosunun məlumatına görə, Ə.Baqiri Tehrana məsləhətləşmələr aparmaq qısa müddətə gəlib.
İran və Avropa ölkələri arasında Vyanadakı müzakirələrdə davam etdirilir. Bəzi Avropa ölkələrin də Vyanadakı nümayəndə heyətlərinin rəhbərləri məsləhətləşmələr üçün həftə ərzində ölkələrinə geri dönəcəklər.