İran Rusiyadan 12 Mi-17 helikopteri alacaq

İran Rusiyadan 12 Mi-17 helikopteri alacaq
# 28 may 2024 11:54 (UTC +04:00)

İran Rusiyadan 500 milyon dollara 12 Mi-17 helikopteri alacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, texnikalar İran Qızıl Aypara Cəmiyyətinə xidmət üçün istifadə olunacaq.

“Rusiyanın helikopterləri” dövlət şirkəti ilk 4 təyyarəni 2025-ci ilin martına qədər təhvil verə bilər.

Qeyd olunub ki, müqavilə İran prezidentinin, xarici işlər nazirinin və onları müşayiət edənlərin həlak olduğu helikopter qəzasından az sonra imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR