Bank Of Baku

İran "Şahed-149" dronunun təkmilləşdirilmiş versiyasını təqdim edib

İran "Şahed-149" dronunun təkmilləşdirilmiş versiyasını təqdim edib
# 23 iyul 2023 23:20 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Şahed-149 Gaza" pilotsuz uçuş aparatının modernləşdirilmiş versiyasını təqdim edib.

APA xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, PUA-nın yenilənmiş versiyası yeni şassi sistemi və silah asma qurğusu ilə təchiz olunub.

"Şahed-149 Gaza"nın ilk versiyası 2021-ci ilin may ayında təqdim edilib.

Bu döyüş dronu 35 saata qədər uçuş həyata keçirə və bir uçuşda 7 min km-ə qədər məsafəni qət edə bilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR