İranda ötən sutka ərzində 207 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 136 838 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 10 962 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 051 4299 nəfərə çatıb.