İranda ötən sutka ərzində 52 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 883 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 2156 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 162 954 nəfərə çatıb.