İrandan Ermənistana narkotik və silah-sursat keçirilməsinin qarşısı alınıb.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya sərhədçilərinin birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 Ermənistan vətəndaşı saxlanılıb.
Onlardan ümumi çəkisi 10 kq-dan çox olan 20 müxtəlif bağlamada narkotik vasitə və 2 tapança götürülüb.
Faktla bağlı araşdırma aparılır.