Bank Of Baku

İranın XİN başçısının müavini Aİ nümayəndəsi ilə nüvə məsələsini müzakirə edib

İranın XİN başçısının müavini Aİ nümayəndəsi ilə nüvə məsələsini müzakirə edib
# 20 iyun 2023 22:46 (UTC +04:00)

İran xarici işlər nazirinin müavini Əli Bağeri Kəni Dohada Aİ-nin xarici fəaliyyət xidmətinin baş katibinin müavini və sanksiyaların ləğvi üzrə danışıqların koordinatoru Enrike Mora ilə görüşüb.

APA xəbər verir ki, bu barədə avstriyalı jurnalist Stephanie Liechtenstein “Twitter”də paylaşım edib.

Danışıqların əsasən İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə hərbi dəstəyi, eləcə də nüvə məsələsi və məhbuslar üzərində aparıldığı qeyd olunub.

“Görüş gərginliyi azaltmağa kömək etmək üçün növbəti cəhddir”, - paylaşımda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR