Bank Of Baku

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə Paşinyanın partiyası 50% səs yığa bilməyib- YENİLƏNİB-3

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə Paşinyanın partiyası 50% səs yığa bilməyib- YENİLƏNİB-3
# 18 sentyabr 2023 06:35 (UTC +04:00)

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin hesablanması başa çatıb. Baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 50%-ni toplaya bilməyib.

APA xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 475 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub.

Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 32,57 faizinin səsini toplayıb.

İkinci yerdə indiyədək 18,89 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 15,43 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.

Digər siyasi qüvvələrə gəlincə, "Respublika" partiyası 11,32%, "Xalqın səsi" partiyası 9,68% səs qazana bilib.

***

05.56

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin 93 faizindən çoxu hesablandıqdan sonra Ermənıstanın baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası liderlik edir.

APA xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 444 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub. Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 32,76 faizinin səsini toplayıb.

İkinci yerdə indiyədək 18,89 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 15,39 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.

Digər siyasi qüvvələr ciddi dəstək qazanmayıb.

***

02.45

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin 41 faizi hesablandıqdan sonra Ermənıstanın baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası liderlik edir.

APA xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 201 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub. Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 32,96 faizinin səsini toplayıb.

İkinci yerdə indiyədək 18,9 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 14,91 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.

Digər siyasi qüvvələr ciddi dəstək qazanmayıb.

***

01.55

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin 28 faizi hesablandıqdan sonra Ermənıstanın baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası liderlik edir.

APA xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 137 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub. Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 32,38 faizinin səsini toplayıb.

İkinci yerdə indiyədək 19,13 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 15,11 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.

Digər siyasi qüvvələr ciddi dəstək qazanmayıb.

Qeyd edək ki, İrəvan meriyasına seçkilərdə rekord həddə aşağı iştirak (28,46 faiz) qeydə alınıb, yəni 824 min 250 seçicidən yalnız 234 min 553-ü səsvermədə iştirak edib. Seçkilərin nəticələrinə əsasən həm də şəhərin meri seçiləcək. Onu seçkilərdə 50 faizdən çox səs toplayan partiya və ya siyasi blok seçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR