Bank Of Baku

İrəvan məhkəməsi “Tashir Group”un sahibi Samvel Karapetyanın həbs müddətini uzadıb

“Tashir Group”un sahibi Samvel Karapetyan

© APA | “Tashir Group”un sahibi Samvel Karapetyan

# 15 avqust 2025 08:08 (UTC +04:00)

İrəvan məhkəməsi iş adamı, “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.

APA xəbər verir ki, bu barədə onun vəkili Liana Qasparyan jurnalistlərə məlumat verib.

Müdafiə tərəfi qərarı şikayət etmək niyyətindədir.

Qeyd edək ki, Samvel Karapetyan son vaxtlar ölkədəki siyasi vəziyyətlə bağlı hakimiyyətə qarşı kəskin tənqidi çıxışlar etmişdi.

Ermənistan məhkəməsinin qərarına əsasən, Karapetyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış” maddəsi üzrə ittiham irəli sürülərək həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR