Bank Of Baku

İrəvan polisi parlamentin binası qarşısına tikanlı məftillər çəkməyə başlayıb - VİDEO

İrəvan polisi parlamentin binası qarşısına tikanlı məftillər çəkməyə başlayıb - VİDEO
# 10 iyun 2024 16:58 (UTC +04:00)

İrəvan polisi parlamentin binası qarşısında tikanlı məftillər quraşdırmağa başlayıb.

APA-nın xəbərinə görə, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Bir qədər əvvəl keşiş Baqrat Qalstanyan bildirib ki, etirazçıların tələbləri yerinə yetirilməsə, deputatların binaya girişinə icazə verilməyəcək.

Qeyd edək ki, bazar günü keçirilən mitinqdə arxiyepiskop Baqrat Qalstanyan “Vətən naminə Tavuş” hərəkatının tərəfdarlarını iyunun 10-dan başlayaraq Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hökumətinin istefasına nail olmaq üçün dördgünlük aksiyalara başlamağa çağırıb.

O, iyunun 10-da parlamentdən iyunun 11-də Baş nazirin istefası ilə bağlı növbədənkənar iclasın çağırılmasına qərar verməsini tələb edib. O, həmçinin parlament fraksiyalarından bu layihəni növbədənkənar iclasda təqdim etmələrini və təsdiqləmələrini tələb edin.

Erməni spiker Alen Simonyan isə müxalifətin növbədənkənar seçki təklifini rədd edəcəklərini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR