İrəvan Roma Statutu ilə bağlı Moskvaya ikitərəfli saziş imzalamağı təklif edib

İrəvan Roma Statutu ilə bağlı Moskvaya ikitərəfli saziş imzalamağı təklif edib
# 28 sentyabr 2023 13:39 (UTC +04:00)

İrəvan Moskvanı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası məsələsinin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.

APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.

O qeyd edib ki, bu, Roma Statutu Ermənistan tərəfindən ratifikasiya olunması halında, Rusiyanın qorxularını dağıtmağa imkan verəcək.

"Mətn bir neçə ay əvvəl, apreldə təqdim olunub. Həmkarlarımızın reaksiyasını gözləyirik", o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR