Bank Of Baku

İrəvanda atışma olub, 2 nəfər yaralanıb

İrəvanda atışma olub, 2 nəfər yaralanıb
# 14 sentyabr 2023 17:24 (UTC +04:00)

İrəvanda növbəti silahlı insident baş verib.

APA xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “shamshyan.com” kriminal xəbər portalı yayıb.

Qeyd olunub ki, baş verən hadisə zamanı həm atışma, həm də bıçaqlanma olub. Atışma nəticəsində 2 nəfər yaralanıb və onlar tibb mərkəzinə aparılıb.

Yaralanan şəxslərin 2 qardaş olması məlum olub və hadisə yerindən aşkarlanmış tapança gilizləri ekspertizaya göndərilib, bununla yanaşı ərazidə “Lada-110” markalı avtomobil də olub.

Hüquq-mühafizə orqanı əməkdaşları xəsarət alanların və hadisə yerində aşkar edilmiş avtomobilin sahibinin şəxsiyyətini müəyyənləşdirmək üçün çalışır, araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR