Bank Of Baku

İrəvanda azərbaycanlı deputatların səfərinə etiraz olaraq aksiya keçirilib

İrəvanda azərbaycanlı deputatların səfərinə etiraz olaraq aksiya keçirilib
# 21 fevral 2022 14:13 (UTC +04:00)

Ermənistanda müharibə veteranları “Zvartnots” hava limanına gedən əsas yolu bağlayıblar.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Azərbaycan parlamentinin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun AVRONEST PA-nın Assambleya iclası üçün Ermənistana səfərinə etiraz ediblər.

Onlar, həmçinin, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına və İstanbul-İrəvan reysinin açılmasına da qarşı çıxıblar.

Polisin müdaxiləsindən sonra yol açılsa da, etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha geniş aksiyalar keçirəcəklərini deyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR