Bank Of Baku

İrəvanda etiraz aksiyalarında 151 nəfər saxlanılıb - YENİLƏNİB-2

İrəvanda etiraz aksiyalarında 151 nəfər saxlanılıb - YENİLƏNİB-2
# 13 may 2024 11:18 (UTC +04:00)

İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 151-ə çatıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

10:47

İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 134-ə çatıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

***

10:10

İrəvanda səhər saatlarında etiraz aksiyasının 88 iştirakçısı saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İdarədən bildirilib ki, hazırda paytaxtda bağlı küçə yoxdur.

***

09:38

İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar.
İştirakçılar əsas magistraldan - Myasnikyan prospektindən, həmçinin Abovyan və Teryanın mərkəzi küçələrində hərəkəti bağlamağa başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR