İrəvanda hosteldə partlayış olub.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə səhər saat 09.15 radələrində qeydə alınıb.
Baqratunyan küçəsindəki hosteldə baş verən partlayışda 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar Milli Yanıq Mərkəzinə yerləşdiriliblər.