Bank Of Baku

İrəvanda partlayış zamanı azı 2 nəfər ölüb - HADİSƏ ANI - YENİLƏNİB

İrəvanda partlayış zamanı azı 2 nəfər ölüb - HADİSƏ ANI  - YENİLƏNİB
# 05 fevral 2024 16:20 (UTC +04:00)

İrəvanın Erebuni rayonunda partlayış zamanı 2 nəfər ölüb.

APA Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat katibinə istinadən xəbər verir ki, dağıntılar altından qadın və kişi meyiti çıxarılıb.

Ərazidə axtarış işləri davam edir.

***

12:13

İrəvanın Erebuni ərazisində dağıntı ilə müşayiət olunan partlayış baş verib.

APA Daxili İşlər Nazirliyinin mətbuat katibinə istinadən xəbər verir ki, dağıntılar altında insanlar ola bilər. İlkin məlumata görə, hadisə zamanı iki ev dağılıb.

Sosial şəbəkələrdə istifadəçilər partlayışın çörək sexində baş verə biləcəyini yazır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR