İrəvanda polis Samvel Şahramanyanın avtomobilini müsadirə edib - VİDEO - YENİLƏNİB

İrəvanda polis Samvel Şahramanyanın avtomobilini müsadirə edib - VİDEO  - YENİLƏNİB
# 21 iyun 2024 16:03 (UTC +04:00)

Samvel Şahramanyanın avtomobili müsadirə edilib.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, polis Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə edib.

İstintaq Komitəsinin nümayəndəsi avtomobilin cinayət işi çərçivəsində müsadirə edildiyini vurğulayıb.

***

15:37

Ermənistanda xüsusi təyinatlılar qondarma rejimin "nümayəndəliyinə" daxil olublar.



APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşları "nümayəndəliyin" qapılarını sındıraraq içəri daxil olublar.

Ehtimal edilir ki, onlar "nümayəndəliyin" ərazisindəki xidməti avtomobili müsadirə etməyə gəliblər.

Qeyd edək ki, iyunun 7-də polis Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə etmək üçün "nümayəndəliyə" girməyə cəhd etmişdi.

"Hraparak" nəşrinin xəbərinə görə isə Samvel Şahramanyan dindirilməyə dəvət olunub.

Xatırladaq ki, ötən il antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR