Bank Of Baku

İrəvanda prokurora sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb

İrəvanda prokurora sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb
# 19 oktyabr 2023 12:17 (UTC +04:00)

İrəvanda prokurorun həyatına sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, 40 yaşlı kişi özü polis bölməsinə gələrək “Makarov” markalı tapançanı polisə təhvil verib. Hadisənin törədilməsinə səbəb kimi şəxsi münasibətlər göstərilib.

Xatırladaq ki, dünən İrəvan məhkəməsi yaxınlığında atışma olub, bir nəfər yaralanıb. Naməlum şəxs və ya şəxslər məhkəmə binasının yaxınlığında prokurora atəş açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR