İrəvanda sentyabrdakı aksiyalarla əlaqədar olaraq 60 nəfərə qarşı cinayət təqibi başlanıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, onlardan 4-ü yetkinlik yaşına çatmayanlar, 2-si qadınlardır.
34 iş, o cümlədən hökumət binasında kütləvi iğtişaşlar faktı ilə bağlı 2 iş açılıb.
8 təqsirləndirilən şəxs axtarışa verilib, 4 iş məhkəməyə göndərilib.