Bank Of Baku

İrəvanda yanğında həlak olan hərbçilərin valideynləri aksiya keçirir - YENİLƏNİB

İrəvanda yanğında həlak olan hərbçilərin valideynləri aksiya keçirir - YENİLƏNİB
# 20 fevral 2023 10:59 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvanda hökumət binasının qarşısında aksiya keçirilir.

APA “Sputnik Armenia”ya istinadən məlumat verir ki, aksiyaya toplaşanlar Qeqarkunik rayonunun Azat kəndi ərazisində baş vermiş yanğında həlak olan 15 hərbçinin valideynləridir.

Bildirilib ki, aksiyada iştirak edənlər hökumət binasında görüşə dəvət olunub, lakin görüşün konkret kiminlə baş tutacağı məlum deyil. Aksiyaya gələnlərin nümayəndəsi, vəkil Norayr Norikyan jurnalistlərə bildirib ki, etirazçılar övladlarının ölümü ilə bağlı irəli sürülmüş rəsmi versiyaya inanmırlar, dərin və hərtərəfli araşdırma tələb edirlər. Onlar həm hadisənin səbəbləri, həm də baş vermə şəraitinin müəyyən edilməsi üçün müvafiq strukturların addımları ilə bağlı izahat tələb edirlər.

Xatırladaq ki, yanvarın 19-da Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında yanğın baş verib. Nəticədə 15 nəfər ölüb.

***

10:43

Ermənistanın paytaxtı İrəvanda hökumət binasının qarşısında aksiya keçirilir.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, aksiyaya toplaşanlar Qeqarkunik rayonunun Azat kəndi ərazisində baş vermiş faciəvi yanğında həlak olan hərbçilərin valideynləridir.

Xatırladaq ki, yanvarın 19-da Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında yanğın baş verib. Nəticədə 15 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR