Ermənistanın paytaxtı İrəvan şəhərindəki Davidaşen körpüsündə zəncirvarı qəza baş verib.
APA xəbər verir ki, bu barədə Ermənistan FHN-in mətbuat xidməti məlumat yayıb.
“Bu gün səhər İrəvanda Davidaşen körpüsü üzərində zəncirvarı qəzanın baş verməsi barədə məlumat daxil olub. Yanğından xilasetmə briqadası hadisə yerinə yollanıb. İlkin məlumatlara görə, 27 avtomobil toqquşub. Xəsarət alan yoxdur. Körpü üzərində hərəkət məhdudlaşdırılıb”, - Nazirlikdən bildirilib.