İrəvanda başlayan itaətsizlik aksiyalarında saxlanılanların sayı 142 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarından İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb.
***
09:40
Bu gün səhər İrəvanda keçirilən aksiyalarla əlaqədar 53 nəfər saxlanılıb.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya İrəvan polisindən bildirilib.
***
08:44
Səhər saatlarından İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Əvvəlcə etirazçılar Saryana və Tumanyana küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar.
Aksiya başlayandan polis onları müşaiyət edib.
Kentron inzibati rayonunda fəallar İrəvan sirkinin yaxınlığındakı kəsişmədə, "Yeritsardakan" metro stansiyasında və Dövlət Universitetində toplaşmağı planlaşdırıblar.
Polis aksiya iştirakçılarını "Yeritasardakan" metro stansiyasına sıxışdırıb.
Qeyd edək ki, paytaxtın bir sıra inzibati rayonlarında itaətsizlik aksiyaları planlaşdırılır.