Bank Of Baku

İrəvanın sabiq meri prokurorluğa çağırılıb

İrəvanın sabiq meri prokurorluğa çağırılıb
# 15 avqust 2023 14:44 (UTC +04:00)

İrəvanın sabiq meri Yervand Zaxaryan əmlakının müsadirəsi ilə bağlı iş üzrə prokurorluğa çağırılıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Prokurorluq Zaxaryanın və onunla əlaqəli şəxslərin əmlaklarının qanuni yolla əldə olunub-olunmaması barədə araşdırma aparır.

Qeyd edək ki, Zaxaryan 2003-2009-cu illərdə İrəvanın meri olub. 2014-2016-cı illərdə isə Ermənistanın energetika naziri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR