Bank Of Baku

İrəvanla Tehran arasında enerji sazişinin həcmi artırılıb, müddət uzadılıb

İrəvanla Tehran arasında enerji sazişinin həcmi artırılıb, müddət uzadılıb
# 10 avqust 2023 16:49 (UTC +04:00)

İrəvanla Tehran arasında bağlanmış “elektrik enerjisi müqabilində qaz” sazişinin həcmi artırılıb və müddəti 2030-cu ilə qədər uzadılıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd olunub ki, müvafiq sənədi “İrəvan İES” QSC-nin direktoru Aram Qazaryan və İran Milli Qaz Şirkətinin (National Iranian Gas Company - NIGC) rəhbəri Məcid Çegeni imzalayıblar.

Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişi sərfəli adlandırıb, çünki bu, İran qazının idxalının və Ermənistanın elektrik enerjisi ixracının artması üçün imkanlar açır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR