Bank Of Baku

İsrailin Baş naziri Moskvadan Berlinə yola düşüb - YENİLƏNİB

İsrailin Baş naziri Moskvadan Berlinə yola düşüb  - YENİLƏNİB
# 05 mart 2022 22:32 (UTC +04:00)

İsrail Baş naziri Naftali Bennet Moskvada keçirilən 3 saatlıq danışıqlardan sonra Berlinə yola düşüb.

APA-nın xəbərinə görə, Bennet Almaniya kansleri Olaf Şoltsla görüşəcək. İsrail mətbuatı Baş nazirə yaxın mənbələrə istinadən bildirir ki, Bennettin səfəri ilə bağlı, ABŞ-la yanaşı, Fransa və Almaniya da məlumatlı olub və Ukrayna tərəfi ilə davamlı təmas olub.

***

20.54

İsrailin Baş naziri Naftali Bennet Moskvaya səfər edib.

APA-nın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə onun mətbuat katibi bildirib.

O, Baş nazirin hazırda Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirdiyini, Ukrayna məsələsinin müzakirə olunduğunu deyib.

Xatırladaq ki, daha əvvəl İsrail Ukrayna və Rusiya arasında danışıqlara vasitəçi olmağa hazır olduğunu ifadə etmişdi.

İsrailin Baş naziri ilə Rusiya Prezidenti arasında danışıqlar iki saat yarım davam edib. İsrail Baş nazirin ofisi bildirib ki, səfərlə bağlı Ağ Ev əvvəlcədən məlumatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR