Bank Of Baku

İsrailin müdafiə naziri HAMAS liderini məhv edəcəyini bildirib

İsrailin müdafiə naziri HAMAS liderini məhv edəcəyini bildirib
# 05 noyabr 2023 06:11 (UTC +04:00)

İsrail Qəzza zolağında HAMAS hərəkatının rəhbəri Yəhya Sinvarı tapıb yox edəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant mətbuat konfransı zamanı deyib.

“Sinvara çatacağıq və onu məhv edəcəyik. Müharibədən sonra Qəzzada daha HAMAS olmayacaq - və Qəzza zolağından İsrailin təhlükəsizliyinə heç bir təhdid olmayacaq”, - deyə nazir bildirib.

Noyabrın 4-də Qalant İsrail ordusunun Qəzza zolağında HAMAS radikallarına qarşı hücumunun “sistemli” olduğunu və plana uyğun olaraq irəlilədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR