İstanbulda “Ətraf Mühit Forumu” keçirilir.
APA-nın İstanbul müxbiri xəbər verir ki, Forum "Ətraf mühit və iqlim böhranları haqqında hekayənin yenidən formalaşdırılması" adlı ana şüar altında baş tutub.
Forum çərçivəsində ətraf mühit və iqlim məsələlərində yeni media dilinin yaradılmasının zəruriliyi, beynəlxalq xəbər agentliklərinin qlobal məlumatlılığının artırılması, ənənəvi və yeni media qurumlarının vəzifələri, yeni mediada ekoloji maarifləndirmənin təqibi kimi məsələlər müzakirə olunur.
Forumun açılışında çıxış edən “Anadolu Agentliyi”nin baş direktoru Serdar Karagöz medianın ətraf mühit və iqlim dəyişikliyi mövzusunda daha məsuliyyətli və aktiv rol oynamalı olduğunu bildirib.
Bundan əlavə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Forum iştirakçılarına video-müraciət ünvanlanıb. O qeyd edib ki, Türkiyə 2053-cü ilə qədər iqlim dəyişikliyi ilə mübarizədə son məqsəd olaraq sıfır emissiyaya çatmaq üçün bütün lazımi addımları atmağa davam edəcək.
"Biz bərpa olunan enerji üzrə dünyada 12-ci, Avropada isə 5-ciyik. Biz buna 55 faizlik bərpa olunan enerji səviyyəsinə çatmaqla nail olduq. Meşə sahələrimizi 23 milyon hektara çatdırmaqla, Avropada bu məsələdə birinci olduq", - deyə o bildirib.