Bank Of Baku

İstintaq Komitəsi: Krım körpüsündəki terrorda Ukraynanın əli olması təsdiqlənib

İstintaq Komitəsi: Krım körpüsündəki terrorda Ukraynanın əli olması təsdiqlənib
# 19 oktyabr 2022 14:12 (UTC +04:00)

Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə törədilmiş terror aktında əli olması versiyası təsdiqlənib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.

O, Krım körpüsündə terror aktının planlaşdırılması və təşkilinin Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi versiyasının təsdiqləndiyini söyləyib.

Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri qeyd edib ki, cinayətdə iştirak edən 12 nəfərdən 8-i saxlanılıb.

Bastrıkinin sözlərinə görə, saxlanılanlar Rusiya, Ukrayna, Gürcüstan və Ermənistan vətəndaşlarıdır.

“Onların arasında minalanmış yük maşınının sonradan dövlət sərhədindən keçirilməsi məqsədilə Rusiya Federasiyasının ərazisinə müxtəlif yüklərin daşınması üçün tranzit kanalı təmin edən şəxslər var”, - deyə o vurğulayıb.

İstintaq Komitəsinin sədri onu da bildirib ki, saxlanılan şəxslərlə artıq istintaq hərəkətləri aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR