İsveçrənin Minatəmizləmə Fondu FSD Ukrayna ərazisində bütün əməliyyatları dayandırıb.
APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, Fond bu addımı şəxsi heyətin təhlükəsizliyi üçün atıb. Mariupol və Slavyansk şəhərlərində fəaliyyət göstərən 20 minatəmizləyən 2 həftəlik geri çağırılıb.
Qeyd edək ki, FSD Ukraynada 2015-ci ildən fəaliyyət göstərir.