Rusiya Silahlı Qüvvələri eyni vaxtda bir neçə iri hücum əməliyyatı keçirməyə qadir deyil.
APA xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.
ISW analitikləri bu yaxınlarda Rusiya qoşunlarının Avdeyevka yaxınlığındakı mövqelərdən Baxmut bölgəsinə köçürülməsini bunun əlaməti hesab ediblər.
Analitiklər belə hesab edir ki, ruslar Avdeyevka, ya da Baxmuta hücum etmək arasında seçim etməli idilər.