İtaliyanın xarici işlər naziri Luici Di Mayo fevralın 17-də Moskvaya səfəri çərçivəsində diplomat rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
APA-nın xəbərinə görə, bu barədə İtaliyalı diplomat Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra məlumat verib.
“Mən əminəm ki, hazırkı böhran şəraitində yalnız bir həll yolu var – diplomatik yol. Bu, gərginliyə son qoya və hərbi eskalasiyadan qaçmağa imkan verər” – deyə Di Mayo bildirib.
Nazirin sözlərinə görə, o Kuleba ilə görüşdən sonra bir daha əmin olub ki, məsələnin diplomatik həll yolu mövcuddur.
***
20.12
İtaliyanın xarici işlər naziri Luici Di Mayo fevralın 17-də Moskvaya səfər edəcək.
APA-nın xəbərinə görə, səfər çərçivəsində diplomat rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.