İzvestiya: Rusiya Qərb ölkəsinin ərazisində Ukrayna ilə danışıqlara hazırdır

İzvestiya: Rusiya Qərb ölkəsinin ərazisində Ukrayna ilə danışıqlara hazırdır
# 05 dekabr 2023 06:49 (UTC +04:00)

Rusiya Ukrayna ilə danışıqlara hazırdır, bu, hansısa Qərb ölkəsinin ərazisində də aparıla bilər.

APA xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə yüksək vəzifəli mənbə məlumat verib.

“Rusiya Federasiyası Qərb ölkəsində Kiyevlə danışıqlara icazə verir. Çox güman ki, vasitəçi rolu NATO blokunun üzvü olmayan ölkəyə düşə bilər”, - “İzvestiya” yazır.

Materialda deyilir ki, Budapeşt hələ də Moskva və Kiyevə vasitəçilik xidmətləri göstərməyə hazırdır. Rusiyada belə təkliflər rədd edilmir. Lakin Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ukrayna və onun Qərb tərəfdaşları Moskva ilə danışıqlara hazır deyillər. Kiyev Qərbin göstərişlərini ciddi şəkildə yerinə yetirməyə və münaqişəni sonuncu ukraynalıya qədər davam etdirməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR