Bank Of Baku

“Jaguar Land Rover” Rusiyaya avtomobil göndərilməsini dayandırır

“Jaguar Land Rover” Rusiyaya avtomobil göndərilməsini dayandırır
# 01 mart 2022 22:24 (UTC +04:00)

“Jaguar Land Rover” Rusiya bazarına avtomobil tədarükünü dayandırır. APA-nın CNN-ə istinadən xəbərinə görə bu barədə şirkətin bəyanatında bildirilib. Qərarın “hazırkı qlobal kontekst”lə əlaqəli olduğu qeyd olunub.

Avtomobil istehsalçısının bəyanatında vurğulanıb ki, hazırkı qlobal kontekst şirkəti ticarət çətinlikləri ilə üz-üzə qoyur və bu səbəbdən avtomobillərin Rusiya bazarına çatdırılmasına fasilə verilir.

“Jaguar Land Rover”in qərarı “Volvo”nun analoji addımından sonra qəbul edilib. “Volvo” Avropa İttifaqı və ABŞ-ın Rusiyaya sanksiyaları ilə əlaqədar potensial riskləri nəzərə alaraq Rusiyaya avtomobillərin göndərilməsini dayandırdığını açıqlayıb.

“Renault” şirkəti isə Moskvadakı avtomobil zavodunda istehsalın dayandırıldığını və logistik zərərlərin müşahidə edildiyini açıqlayıb. Zavodun 2020-ci ildə 75 min avtomobil istehsal etdiyi bildirilir.

Amerika avtomobil istehsalçısı “Ford” isə hazırda Rusiyada istehsalı və ya avtomobillərin bu ölkəyə çatdırılmasını dayandırmadığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR