Bank Of Baku

Jurnalist Aleksandr Nevzorova qarşı cinayət işi açılıb

Jurnalist Aleksandr Nevzorov

© APA | Jurnalist Aleksandr Nevzorov

# 22 mart 2022 21:22 (UTC +04:00)

Jurnalist Aleksandr Nevzorova Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumat yaydığına görə cinayət işi başlanıb.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası İsitintaq Komitəsinin saytında məlumat yer alıb.

O, ictimayyətə yalan məlumat vermə maddəsi ilə ittiham olunur.

Məlumata görə, Nevzorov martın 9-da Rusiya Federasiyasında qadağan olunmuş “Instagram” sosial şəbəkəsindəki səhifəsində və martın 19-da “Youtube” kanalında şəhərdəki doğum evinin atəşə tutulması barədə yalan məlumat yayıb.

“Barəsində istintaq və prosessual hərəkətlərin aparılması üçün Nevzorovun yerinin müəyyən edilməsi ilə bağlı tədbirlər görülür”, - deyə İstintaq Komitəsinin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR