Bank Of Baku

Kamçatka sahillərində sunami təhlükəsi elanı ləğv edilib - YENİLƏNİB

Kamçatka sahillərində sunami təhlükəsi elanı ləğv edilib - YENİLƏNİB
# 13 sentyabr 2025 10:37 (UTC +04:00)

Kamçatka sahillərində sunami təhlükəsi elanı ləğv edilib.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Kamçatka sahilləri üçün sunami təhlükəsi aradan qaldırılıb. Yaşayış məntəqələri yaxınlığında dalğa yaxınlaşması qeydə alınmayıb", - xilasedicilər bildiriblər.

***

08:19

Kamçatka sahillərində baş verən 7,1 maqnitudalı güclü zəlzələ nəticəsində Şimali Kuril bölgəsində sunami təhlükəsi elan edilib.

APA xəbər verir ki, bu barədə "RİA Novosti"yə “Yujno-Saxalinsk” seysmoloji stansiyasının rəisi Yelena Semyonova məlumat verib.

Məlumata görə, zəlzələnin ocağının dərinliyi 10 kilometr təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR