Kanada XİN-in saytında sanksiya tətbiq edilmiş fiziki və hüquqi şəxslərin siyahısı dərc edilib.
APA xəbər verir ki, "İzvestiya" və “Parlament” qəzetləri, Ren-TV kanalı və bu media qurumlarının bütün layihələri daxil edilib. Rusiya Elmlər Akademiyasının 2 institutu da sanksiya siyahısına düşüb.
Fiziki şəxslər arasında isə müğənni Jasmin, ali məktəb və elmi-tədqiqat institutlarının əməkdaşları yer alır.
***
20.16
Kanada Rusiyanın doqquz fiziki və altı hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.
APA TASS-a istinadla xəbər verir ki, sanksiya siyahısına "İzvestiya" və “Parlament” qəzetləri, həmçinin Ren-TV kanalı daxildir.