Kanadanın Moskvadakı diplomatik missiyasının rəhbərinin müavini Brayan Ebel iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, kanadalı diplomata Ottavanın Rusiyanın An-124 təyyarəsini müsadirə etmək niyyətinə görə demarş edilib.
“İyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Kanadanın Moskvadakı diplomatik missiyasının rəhbərinin müavini Brayan Ebelə Kanada hökumətinin 2022-ci ilin fevral ayından Toronto hava limanında qeyri-qanuni saxlanılan "Volqa-Dnepr" şirkətinə məxsusdur An-124 yük təyyarəsini müsadirə etmək niyyətini elan etdiyinə görə demarş edilib. Vurğulanıb ki, Rusiya tərəfi baş nazir Castin Trüdonun bəyan etdiyi kimi, təyyarənin Kiyev rejiminə təhvil verilməsi məqsədi ilə atılan belə bir addımı adi oğurluq kimi qiymətləndirir”, - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.
Qurumdan o da bildirib ki, Ottavanın hərəkətləri Trüdo rejiminin təqsiri ucbatından iflasa uğramaq ərəfəsində olan ikitərəfli münasibətlər üçün ən ciddi nəticələrə səbəb olacaq.