Karasin Ermənistanda Rusiya telekanallarının mümkün bağlanması ilə bağlı məsələyə münasibət bildirib

Karasin Ermənistanda Rusiya telekanallarının mümkün bağlanması ilə bağlı məsələyə münasibət bildirib
# 02 oktyabr 2023 22:39 (UTC +04:00)

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Ermənistan parlamentinin deputatı Lusine Badalyanın ölkədə Rusiya telekanallarının mümkün bağlanması ilə bağlı bəyanatına münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Karasin “Telegram” kanalında paylaşım edib.

“Erməni parlamentarilərdən birinin qəribə bəyanatı məni təəccübləndirdi. Açığını desəm bu çox qalmaqallıdır. Bilmirəm, bu, anti-Rusiya meyilləridir yoxsa siyasi dividend qazanmaq cəhdidir? Əminəm ki, belə şeylər Ermənistanda dəstək tapmayacaq və müəyyən siyasi vəziyyət naminə xalqlarımız arasındakı çoxəsrlik dostluğu sarsıtmayacaq”, - deyə o bildirib.

Karasin xatırladıb ki, sentyabrda keçirilən Rusiya-Ermənistan Media Forumunda Ermənistan kanallarının yayımı məsələləri ətraflı müzakirə olunub. Bu məsələnin inkişafı diqqətdə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR