Bank Of Baku

Kazanda gimnaziyada kütləvi qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Kazanda gimnaziyada kütləvi qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 13 aprel 2023 11:19 (UTC +04:00)

Rusiyanın Kazan şəhərində gimnaziyada kütləvi qətl törətməkdə təqsirləndirilən İlnaz Qalyaviyevə hökm oxunub.

APA-nın Rusiya bürosu xəbər verir ki, hökmə əsasən 19 yaşlı Qalyaviyev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2021-ci il mayın 11-də Kazanda, səhər saat 9 radələrində İ. Qalyaviyev Kazan şəhərinin Sovetski rayonunda, Caudat Faizi küçəsində yerləşən 175 saylı gimnaziyaya daxil olaraq şagirdlərə atəş açıb. Nəticədə doqquz nəfər - yeddi şagird, bir müəllim və məktəbin əməkdaşı həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR