Kerç boğazında fırtına zamanı 3 Rusiya gəmisi toqquşub

Kerç boğazında fırtına zamanı 3 Rusiya gəmisi toqquşub
# 29 noyabr 2023 08:16 (UTC +04:00)

Kerç boğazında noyabrın 26-da fırtına zamanı üç Rusiya gəmisi toqquşub.

APA xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.

“Təxminən saat 21:00 radələrində Kerç boğazında nəhəng dalğalar “Matros Şevçenko”, “Matros Pozınıç” və “Kavkaz-5” gəmilərini bir-birinə çırpıb”, - deyə telekanal bildirib.

Gəmilərin toqquşması zamanı onlar 20 dəqiqə bir-birinə ilişib qalıb. Gəmilərə cüzi ziyan dəyməsi sayəsində yanacağın dağılmasının və suyun çirklənməsinin qarşısı alınıb.

“Həlak olanlar yoxdur”, - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR